Bu gün dünyada koronavirusdan 6 min 762 adam ölüb-yeni faktlar

  
  Dünyada koronavirus (COVİD-19) infeksiyasına yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Hələ ki, virusa qarşı vaksin tapılmayıb. Ona görə də yoluxan şəxslərdən vəziyyəti ağır olanları ölümdən xilas etmək mümkün olmur.
Hazırda dünyada vəziyyəti ağır olan 51 min 165 nəfər koronavirus xəstəsi var. Ümumilikdə isə bu virusdan müalicə alanlar 1 milyon 427 min 91 nəfərdir. Koronavirusa yoluxan 508 min 826 nəfər isə tam sağalıb.
Məlumat üçün bildirək ki, 31 dekabr 2019-cu ildə Çinin Uhan şəhərin aşkar edilən COVİD-19 qısa müddətdə bütün dünyaya yayıldı.
Bu virusdan ilk ölüm xəbərlərinin gəldiyi Çində bu gün 1 nəfər ölüb.. Gün ərzində Çində cəmi 46 nəfər koronavirusa yoluxub.
Çin dünyada koronavirusa yoluxanların sayına görə siyahı üzrə 7-ci yerdədir.
Hazırda koronavirusdan ən çox yoluxma və ölüm halı ABŞ-da qeydə alınır. ABŞ-da son saatlarda 23 min 310 nəfər koronavirusa yoluxub, 1819 nəfər isə ölüb. Ümumilikdə ABŞ-da 637 min 196 nəfər koronavirusa yoluxan, 27 min 866 nəfər isə bu virusdan ölən var. İndiki zamana qədər bu ölkədə koronaviruslu xəstələri təyin etmək üçün 3 milyon 207 min 917 test keçirilib. Göstərici bütün dünya üzrə ən yüksəkdir. Dünyada bir neçə ölkəni çıxmaq şərtilə (Almaniya, Rusiya İtaliya) 1 milyondan çox test edən ölkə yoxdur.
Çin və bir neçə ölkə indiyə qədər keçirdiyi testlərin sayını açıqlamır.
Musavat.com xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 69 min 279 nəfər, ölənlərin ümumi sayı isə 133 min 362 nəfərdir.
Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İspaniya, İtaliya, Fransa və Almaniya gəlir. Son günlərdə bu ölkələrdə demək olar ki, yoluxma sayı hər gün eyni olur.
Son saatlarda İspaniyada 3 min 573 nəfər yoluxub, 324 nəfər ölüb. Ümumilikdə İspaniyada 177 min 633 nəfər koronavirusa yoluxub, 18 min 579 nəfər isə ölüb.
İtaliyada koronavirusa son saatlarda yoluxanların sayı 2 min 667, ölənlər 578 nəfərdir . Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı 165 min 155 nəfər, ölənlərin ümumi sayı isə 21 min 645 nəfərdir.
Fransada son saatlarda 4 min 569 nəfər yoluxub, 1438 nəfər isə ölüb. Ümumilikdə Fransada 147 min 863 nəfər koronavirusa yoluxub, 17 min 167 nəfər ölüb.
Almaniyada son saatlarda 1246 nəfər yoluxub, 97 nəfər isə ölüb. Ümumilikdə bu ölkədə də 133 min 456 nəfər yoluxma, 3 min 592 nəfər isə ölən var.
İngiltərədə vəziyyət kritik olaraq qalır. Belə ki, bu gün İngiltərədə 4 min 603 nəfər koronavurusa yoluxub, 761 nəfər bu virusdan ölüb. Ümumilikdə ölkədə 98 min 476 nəfər koronavurusa yoluxan, 12 min 868 nəfər isə bu virusdan dünyasını dəyişən var.
Bu gün ərzində ümumilikdə dünyada 6 min 762 adam ölüb.
Tarix: 16-04-2020, 07:58
Xəbəri paylaş



Xəbər lenti