ABŞ-dan inqilabi yenilik: Koronavirus xəstələrini elə bir dərmanla sağaltdılar ki...





ABŞ hərbi həkimləri koronavirusun müalicəsində mühüm yeniliyə imza atıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusa tutulan iki hərbçiyə ebola xəstəliyinin müalicəsi üçün nəzərdə tutlan dərmanlar verən həkimlər, hər iki xəstənin qısa zamanda sağalmasına nail olub. Artıq hər iki hərbçinin xidmətə qayıtdığı bildirilir.

 

ABŞ hərbi həkimləri bildirirb ki, Ebola kimi patogenləri müalicə etmək üçün hazırlanmış eksperimental antiviral dərmandan uğurlu istifadə, digər koronaviruslu xəstələrin müalicəsi üçün də böyük perspektiv açır. Onların fikrincə, bir növ “hazır resept” rolunda çıxış edən bu dərman koronavirusun müalicəsi ilə bağlı araşdırmaların davam etdiyi bir zamanda prosesləri sürətləndirmək, daha effektiv dərmanın hazırlanmasını təmin edə bilər.

 

Məlumat üçün qeyd edək ki, ABŞ-da 12 hərbi xəstəxana koronaviruslu xəstələrin müalicəsi ilə məşğuldur. Bu xəstəxanalarda koronavirusun müalicəsi ilə bağlı müxtəlif araşdırmalar həyata keçirilir və əldə edilən nəticələr mütəmadi şəkildə təhlil olunur.

Tarix: 15-04-2020, 21:53
Xəbəri paylaş



Xəbər lenti