Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus infeksiyasının hələ pik nöqtəyə çatmadığını açıqlayıb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Eyni zamanda, ÜST Avropa ölkələrində yoluxmanın yavaşladığını vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,934 milyonu ötüb. Bunların təxminən 457 min nəfəri sağalıb, 120 min nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.