Paşinyanın aşbazı koronavirusa yoluxdu –Toyda


Ermənistanın baş naziri Nikol Paşinyanın aşbazı Xaçatur Barseqyan koronavirusdan müalicə olunur.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Bildirilib ki, aşbazdan ilk test bir ay əvvəl götürülüb və analizin nəticəsi müsbət olub. İndi infeksiyanın əlamətləri olmasa da, yeni testin mənfi nəticə verməsini gözləyirlər.

Onun təxminən bir ay əvvəl Razdanda toyda yoluxduğu ehtimal edilir.

Qeyd edək ki, Ermənistanda yoluxanların sayı 1 067-yə, ölənlərin sayı isə 16-ya çatıb/Report.

Tarix: 14-04-2020, 13:44
Xəbəri paylaş



Xəbər lenti