ABŞ Dövlət katibi Pompeo Çinin koronavirus böhranı ilə əlaqədar məsuliyyət daşıdığına diqqət çəkib.
Moderator.az xəbər verir ki, Almaniyanın “Bild” qəzetinə açıqlama verən Mayk Pompeo koronavirus pandemiyasına görə Çinin bir gün cavab verəcəyini bildirib. Onun sözlərinə görə indi ABŞ iqtisadiyyatı sistematik şəkildə yenidən başlatmaq üçün tədbirlər planı hazırlayır.
ABŞ xarici işlər naziri Çinin Vuhan şəhərində meydana çıxan koronavirus pandemiyasının sürətlə yayılmasıyla bağlı onları vaxtında məlumatlandırmadığını deyib. ABŞ üçün isə virusun tam olaraq hardan qaynaqlandığını bilmək önəmlidir.