ERMƏNİSTANDA “AVRASİYA İTTİFAQI”ndan NARAZILIQ:"Böhranı idarə etmək qabiliyyəti göstərə bilmir" - TƏHLİL


Aram Amatuni

“1in.am”, Ermənistan, 13 aprel 2020-ci il

 

Avropa Birliyi (AB) koronavirus pandemiyasının nəticələrinə qarşı gördüyü antiböhran tədbirləri çərçivəsində 500 milyard avro ayıracaq, bunun 300 milyardı kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək.

AB baxımından, koronavirus böhranının müxtəlif xarakterli nəticələri oldu – böhran həm texniki, həm siyasi, həm  də sosial-psixoloji problemləri ortaya çıxardı.

İş ondadır ki, böhran bir zamanlar vahid olan Avropanı parçalanmağa, sərhədləri bağlamağa məcbur etdi. İtaliya ona yetərli dəstək vermədiyi üçün Avropadan açıq şəkildə şikayətə başladı.

Yarım trilyon avroluq proqramla böhranın nəticələrinin ağırlığını neytrallaşdırmaq və paralel olaraq, Avropada sosial-psixoloji atmosferi bərpa etmək mümkün olacaqmı? Bu suala dəqiq cavab vermək praktiki mümkün deyil, çünki dünyanın koronavirusla necə, nəhayət, hansı rejimdə mübarizə aparacağı və postkoronavirus perspektivləri nöqteyi-nəzərincə, qeyri-müəyyənlik, hələ ki, davam edir.

Bununla birlikdə, AB tənəzzülü durdura bildi. Söhbət iqtisadi tənəzzüldən deyil, sosial-psixoloji və siyasi tənəzzüldən gedir. Ancaq bu, çağırışların ikinci mərhələsinin gəlməyəcəyinə təminat vermir. Bu mərhələdə AB, deyəsən, özünə gəlib və idarəçiliyə başlayıb.

Bu fonda Ermənistanın olduğu yerdə, vahid iqtisadi məkan və həyatqabiliyyətli struktur olma iddiasıyla çıxış edən Avrasiya İqtisadi Birliyində (AİB), – praktiki koronavirus ondan bir şey qoymayıb, – durumun necə olması maraqlıdır. Bu mənada, mövcud durumda AİB böhranı idarə etmək qabiliyyətini göstərə bilməsə də, heç olmasa, “həyat əlamətləri” göstərməlidir.

Bu arada, biz görürük ki, epidemiya artıq bir neçə həftə ərzində bütün dünyanı bürüyüb, AİB üzvü olan dövlətlər arasında isə, praktiki olaraq, yüksək səviyyəli təmaslar, hətta nazirlər səviyyəsində müzakirələr belə, yoxdur.

Üçüncü ölkələrdən gələn bir sıra əhəmiyyətli mallara qoyulan gömrük rüsumlarının sıfırlanması haqqında qərar qəbul edilib. Deyilənə görə, mühüm qərardır, ancaq bu,  çox güman ki, “suda boğulmamaq” üçün verilən qərardır. Ancaq sudan necə çıxmaq məsələsi AİB-də müzakirə belə, edilmir. Bu da həmin ittifaqın nə olduğunu ən yaxşı formada izah edən şeydir.

O, Rusiyanın geopolitik iddialarını təmin etmək vasitəsidir, lakin böhran şəraitində Rusiya üçün yükə çevrilir. İddialar nə qədər olarsa, bu iddiaların alət və vasitələri üçün məsuliyyət də o qədər olmalıdır. Halbuki bu mənada, Moskvanın məsuliyyət resursu yoxdur və üstəlik, o, hətta əməli olaraq öz sərəncamında olan vasitələrin ümumi maraqlara xidmət etməsindən – enerji resurslarının, o cümlədən qazın qiymətinin endirilməsindən imtina edir.

Tərcümə Strateq.az-ındır

Tarix: 14-04-2020, 09:24
Xəbəri paylaş



Xəbər lenti