“Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO MÜRACİƏT

Xocalı rayonunun Daşbulaq kəndində gördüyü işlərə görə ödənişini ala bilmədiyini iddia edən "NİHAD 2024" MMC-nin rəhbəri Hətəmov Nəsimi Şirin oğlu redaksiyaya müraciət edib. 

Bizimesr.com-a müraciət edən şikayətçinin sözlərinə görə, o, Xocalı rayonunun Daşbulaq kəndində “Paramount Construction” MMC ilə yaşayış evlərinin cari təmiri işlərini həyata keçirib. Lakin gördüyü işlərin qarşılığında ona çatacaq vəsaiti ala bilməyib. 

Hətəmov Nəsimi Şirin oğlu bildirib ki, məsələ ilə bağlı müxtəlif şəxslərlə əlaqə saxlayıb və ödənişinin veriləcəyinə dair vədlər alıb. Şikayətçi qeyd edir ki, "Paramount" şirkətinin rəhbəri Qiyasova Aynur Atabəy qızı, eləcə də Xankəndi nümayəndəliyində çalışan şəxslərlə bu məsələ ilə bağlı görüşlər keçirib.

"Şikayərçi iddia edir ki, "Tutto Bello" MMC-nin rəhbəri Anar Məmmədov onunla görüşərək ödəmənin ediləcəyinə söz verib. Amma ödəmə olmayıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı Səbuhi və Asif adlı şəxslə də də danışıb. Daha sonra ona şirkətin rəhbəri tərəfindən zəng edildiyi və videonu götürməsi, ödəniş məsələsinin isə həll olunacağı bildirilib.

Lakin şikayətçi iddia edir ki, bu günə qədər gördüyü işlərin qarşılığında ona çatacaq pul tam ödənilməyib. Məsələ ilə bağlı adı çəkilən şəxslərin və şirkətlərin mövqeyini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə “Paramount Construction” MMC-nin Daşbulaq kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “Paramount Construction” MMC ilə 3 milyon 447 min 296 manatlıq müqavilə 

Bizimesr.com

Tarix: Dünən, 23:01
Xəbəri paylaş



Xəbər lenti