Sərxan Babaşov Qaz İxrac İdarəsində BAZAR AÇIB... - İLGİNC İDDİALAR...

Dünən SOCAR Qaz İxrac İdarəsində müşahidə olunan neqativ olaylar və bu olaylarda sözügedən qurumda birinci müavini vəzifəsini daşıyan Sərxan Babaşovla bağlı ilginc iddiaların yer aldığı məlumatı diqqətinizə təqdim etdik. Burada söhbət Əkbər Hacıyevin belə "gözündən oğurlanmağa müvəffəq olmuş" Sərxan Babaşovun öz səlahiyyətilərindən şəxsi maraqları naminə istifadə etməsindən gedir.

"DİA-AZ" olaraq elektron ünvanımıza göndərilən məlumatların ikinci hissəsini də təqdim edirik. Beləliklə, məqalədə deyilir:

"SOCAR Qaz İxrac İdarəsində birinci müavin görəvini daşıyan Sərxan Babaşov vəzifə səlahiyyətlərindən istifadə edərək az qala bütün qohum-əqrəbasını SOCAR sistemində yerləşdirib. Hazırda isə Qaz İxrac İdarəsində də qohumlarını müxtəlif vəzifələrə gətirmək istiqamətində fəaliyyət göstərir. Bununla bağlı yetərincə dəlillər var.

Hətta bu işlər o qədər nümayişakaranə formada cərəyan edir ki, yeni SOCAR rəhbərliyi də artıq baş verənlrdən bilgilidir və demək olar ki, Sərxan Babaşovun fəaliyyəti bəlkə də xüsusi nəzarətə götürülmüş hesab oluna bilər...
İddialarda həmçinin qeyd olunur ki, Qaz İxrac İdarəsində yeni qurulan bütün kəmərlərin porşen sınaqlarını şəxsən Sərxan Babaşov həyata keçirir və bunun arxasında maddi maraqların dayandığı şəkksizdir. Əslinmdə isə Sərxan Babaşovun bu işlərə müdaxilə etməsi belə onun vəzifə səlahiyyətlərini aşması anlamına gəlir. Lakin bir daha qeyd edək ki, maddi maraqlar səbəbindən bu qanunsuzluğa kimlərsə də göz yumur.

Qaz İxrac İdarəsi uzun illər intizamı və ciddi qanun-qaydalara riayət olunması ilə fərqlənən qurumlardan biri kimi tanınıb. Lakin hal-hazırda istismar sahəsində ciddi təcrübəsi olmadığı şübhə doğurmayan Sərxan Babaşovun fəaliyyəti dövründə idarədə əvvəlki nizam-intizamın pozulduğu müşahidə edilir.

Hazırda idarədə şəxsi maraqların ön plana çəkildiyi, müxtəlif təyinat və qərarların qeyri-rəsmi münasibətlər əsasında verildiyi normal bir hal kimi qəbul olunur. Hətta iş o həddədir ki, bəziləri Sərxan Babaşovun fəaliyyətini belə dəyərləndirir: “idarədə univermaq açılıb”..."

Hər halda, bu "UNİVERMAQ" gərəkən qurumların də diqqət mərkəzindədir. Yəni nəhayətdə hüquqi qiymətləndirmə şübhəsiz ki, baş verəcək...

Əlavə bilgilərimiz olacaq...

Tarix: Bu gün, 09:46
Xəbəri paylaş



Xəbər lenti