Abşeron Rayon İcra Hakimiyyəti Qurban bayramı münasibətilə bayram sovqatlarının alınması üçün açıq tender keçirib.
Bizimesr.com xəbər verir ki, tenderin qalibi “Premyer Prodakşın” MMC olub. Satınalmanın ümumi məbləği 96 min manat təşkil edib.
Maraq doğuran əsas məqamlardan biri isə ayrılan vəsait hesabına alınacaq qurban paylarının həqiqətən də ehtiyac sahibi ailələrə tam və şəffaf şəkildə çatdırılıb-çatdırılmayacağıdır.
Digər tərəfdən, bu həcmdə qurbanlıq heyvanların alınması ölkənin heyvandarlıq bazarına da müəyyən təsir göstərməli idi. Xüsusilə bayram ərəfəsində bazarda qiymət artımı və tələbatın yüksəlməsi fonunda belə iri həcmli satınalmaların necə həyata keçirildiyi də diqqət çəkən məqamlardandır.
Qeyd edək ki, tender sənədlərinə əsasən qurban paylarının bayram günlərində 1600 ailəyə paylanması nəzərdə tutulub.