Quru sərhədlər niyə açılmır? – Sərdar Cəlaloğlundan mühüm açıqlama


Pandemiya dövrünün başa çatmasından illər keçsə də, Azərbaycanda quru sərhədlərin bağlı qalması cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri olaraq qalır. Dünyanın əksər ölkələri COVID-19-la bağlı bütün məhdudiyyətləri ləğv etdiyi halda, Azərbaycanda xüsusi karantin rejiminin mütəmadi uzadılması hökumətin bu qərarının tibbi zərurətdən, yoxsa başqa səbəblərdən qaynaqlandığı ilə bağlı sualları artırır. Bir çoxları hesab edir ki, sərhədlərin bağlı qalması insanların sərbəst hərəkət hüququnu, xaricə səfər imkanlarını və iqtisadi fəaliyyətini məhdudlaşdırır.

Bəs quru sərhədlərin uzun müddət bağlı saxlanılması həqiqətən də ictimai təhlükəsizlik tələbindən irəli gəlir, yoxsa bu qərar artıq siyasi xarakter daşıyır?

AXS.az xəbər verir ki,mövzu ilə bağlı konkret.az-a danışan siyasətçi Sərdar Cəlaloğlu hesab edir ki, ölkədə tətbiq olunan karantin məhdudiyyətləri artıq tibbi tədbir çərçivəsindən çıxaraq siyasi xarakter alıb.

Onun sözlərinə görə, mövcud məhdudiyyətlər vətəndaşların Konstitusiya və beynəlxalq hüquq normaları ilə təsbit olunmuş fundamental hüquqlarına təsir göstərir:

“Artıq Azərbaycanda karantin məsələsi konkret tibbi tədbir olmaqdan çıxıb. Bu baxımdan məsələ siyasi xarakter daşıyır.

Biz başa düşürük ki, dövlət bu qərarları epidemiyanın qarşısını almaq məqsədilə qəbul etmir. Vaxtilə qapanmalar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında tətbiq olunurdu. Hazırda isə belə bir göstəriş yoxdur. Buna baxmayaraq,

Azərbaycan dünyada analoqu olmayan şəkildə karantin rejimini davam etdirir”.

Siyasətçinin fikrincə, bu məhdudiyyətlər nəticəsində vətəndaşların sərbəst hərəkət və xarici ölkələrə səfər etmək hüququ da məhdudlaşdırılır. Bu isə artıq tibbi deyil, siyasi məsələdir.

Tarix: Bu gün, 17:59
Xəbəri paylaş



Xəbər lenti