Vətəndaşlar şokda: Xəbərləri olmadan “analiz veriblər”, xəstə çıxıblar…

Azərbaycanda vətəndaşların onlara aid olmayan tibbi məlumatların və analiz nəticələrinin görünməsi ilə bağlı iddialar artmaqdadır.
AXS.az Bakupost.az-a istinadla xəbər verir ki, son günlər sosial şəbəkələrdə çoxsaylı istifadəçilər sistemdə özlərinə və ya övladlarına aid olmayan analizlər, diaqnozlar və tibbi xidmətlərin əks olunduğunu bildirirlər.
Qeyd edək ki, əvvəllər vətəndaşlar tibbi məlumatlarını əsasən TƏBİB-in elektron sistemi vasitəsilə izləyə bilirdilər. Dövlət elektron xidmətlərinin vahid platformada birləşdirilməsindən sonra isə bu məlumatlara myGov üzərindən də baxmaq mümkün olub.
Rüfət Əliyev adlı vətəndaş platformada övladına aid olmayan analiz nəticələrinin yer aldığını bildirib. Onun sözlərinə görə, göstərilən tarixdə övladını ümumiyyətlə xəstəxanaya aparmayıb:
“myGov-u incələyirdim. “Övladlarınızın analiz nəticələri” bölməsində Nihadın analiz nəticələri qarşıma çıxdı. Halbuki həmin tarixdə, ümumiyyətlə bu il ərzində onu nə analizə aparmışam, nə də xəstəxanaya".
Oxşar iddialarla digər vətəndaşlar da çıxış ediblər.
Ruslan Mehrəliyev yazır ki, dostu kuryer işləyərkən xəstəxanaya yemək aparmaq üçün şəxsiyyət vəsiqəsini təqdim edib. Onun iddiasına görə, iki il sonra işə qəbul zamanı sistemdə adına “ağır dərəcəli mədə xorası” diaqnozu yazıldığını görüb.
Nura Həsən isə bildirib ki, sistemdə ona aid olmayan “nevrotik pozuntular” diaqnozu və tanımadığı həkimin adı qeyd edilib.
Xədicə Raus məsələ ilə bağlı uzun müddətdir müxtəlif iddiaların səsləndirildiyini xatırladaraq yazıb:
“Analiz maxinasiyasından pullar silinir də, bilmirsiniz bəyəm? Xəbərlərdə dəfələrlə bu məsələ müzakirə olunub”.
Günay Mütəllim də öz paylaşımında sistemdə ona aid olmayan ağır diaqnozlarla qarşılaşdığını bildirib:
“Neçə il əvvəl vəba olmuşam, xəbərim olmayıb heç… Elə diaqnozlar var ki, necə sağ qalmışam, özüm də mat-məəttələm, vallah”.
Xatırladaq ki, son illər bəzi tibb müəssisələrində vətəndaşların xəbəri olmadan onların adına tibbi xidmətlərin rəsmiləşdirilməsi və bunun müqabilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən vəsaitlərin alınması ilə bağlı iddialar zaman-zaman gündəmə gəlib.
Tarix: 30-06-2026, 09:57
-
Bu gün, 13:23
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama
-
Bu gün, 10:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirdilər - FOTO
-
Bu gün, 09:50
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
-
Bu gün, 09:30
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
-
Bu gün, 09:23
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
-
Bu gün, 09:21
Maaş artımında sürücülər unudulub? - BU NƏDİ BELƏ?
-
Dünən, 23:19
Coşqun Cəbrayılov yağışlı havada yolları süpürtdürür – Foto
-
Dünən, 23:16
Adınıza kredit götürülə bilər: Borcu ödəməli olacaqsınız?
-
Dünən, 23:07
Sevindik Hətəmov da "MM İnşaat Group"u seçdi - Hacıqabulun 85 min manatlıq "dərdi"...
-
Dünən, 23:05
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
-
Dünən, 18:28
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
-
Dünən, 18:24
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
-
Dünən, 18:18
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
-
Dünən, 16:30
“Azercell” abonentlərdən belə pul tutur – Foto
-
Dünən, 14:52
Kəmaləddin Qafarovun bədxassəli biznesi - "Azəri Med" Milli Onkologiya Mərkəzindən milyonlar qazanır...
-
Dünən, 14:49
DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
-
Dünən, 14:48
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
-
Dünən, 11:31
Bakının üzünü qara edən qurum - ADSEA milyonları yağışda "yuyur"
-
Dünən, 09:31
Yasamalda sakinləri hər gün kabab tüstüsünə tutan restorandan ŞİKAYƏT - VİDEO
-
Dünən, 09:25
"Assist Finance" şirkəti yenə də gerilədi - DÖVRİYYƏ AZALIR
-
Dünən, 09:18
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
-
Dünən, 08:57
AAYDA Hövsan sakinlərini belə aldadır
-
7-09-2026, 23:21
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
-
7-09-2026, 23:14
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
-
7-09-2026, 22:47
Qusar yolları ilə bağlı 1,3 milyon manatlıq iki tender - Qalib eyni şirkətdir
-
7-09-2026, 22:46
Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi - Yeni təyinat
-
7-09-2026, 22:44
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
-
7-09-2026, 22:42
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi
-
7-09-2026, 18:41
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
-
7-09-2026, 18:37
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...