
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) laboratoriyalar üçün reaktiv, test dəstləri və ləvazimatların satın alınması üzrə keçirdiyi irimiqyaslı tender müsabiqəsinə yekun vurub .
3 milyon 746 min 270 manat dəyərində olan satınalma müqaviləsinin qalibi “AVAZ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) seçilib . Aparılan media araşdırmaları bu tenderin arxasında maraqların toqquşması və ciddi qohumluq-vəzifə əlaqələrinin dayandığını ortaya çıxarıb