
Ölkədə ən böyük dərman şirkətlərinə sahib olduğu deyilən, deputat Kəmaləddin Qafarovun Milli Onkologiya Mərkəzindəki səlahiyyətlərinin məhdudlaşdırıldığı bildirilir. O, həm də Milli Onkologiya Mərkəzi-nin baş direktorunun müavini vəzifəsində çalışır.
Bizimesr.com-a daxil olan məlumata görə, Kəmaləddin Qafarovla bağlı belə bir qərar Milli Onkologiya Mərkəzində baş vermiş məlum hadisələrdən sonra qəbul edilib.
Məlumata əsasən, Milli Onkologiya Mərkəzində fəaliyyətin daha da güclənməsi hazırda əsas prioritetlərdən biri hesab olunur.
İddialara görə, Kəmaləddin Qafarov adının mediada onkoloji xəstələr üçün nəzərdə tutulan dərmanların satışa çıxarılması ilə bağlı müzakirələrdə hallanması, eləcə də formalaşmış mənfi reputasiyası onun Milli Onkologiya Mərkəzində təsir imkanlarının azalmasına səbəb olub.
Daxil olan məlumatlarda qeyd edilir ki, Kəmaləddin Qafarov əvvəlki nüfuzunu bərpa etmək məqsədilə media ilə əməkdaşlığını genişləndirir, onun fəaliyyəti ilə bağlı hazır materialların müxtəlif platformalarda yayılmasına çalışır və yüksək dairələr qarşısında müsbət imic formalaşdırmaq üçün aktiv fəaliyyət göstərir.
Eyni zamanda Kəmaləddin Qafarovun adı Milli Onkologiya Mərkəzinin "İdarə heyəti"ndə təmsil olunan şəxslərin adları arasında da yoxdur..png)
Qeyd edək ki, mətbuatda zaman-zaman Kəmaləddin Qafarovla əlaqələndirilən müxtəlif şirkətlərin adları açıqlanıb. Həmin məlumatlara əsasən, ona aid olduğu iddia edilən şirkətlər arasında aşağıdakılar yer alır:
“AzəriMed” MMC
“AzəriMed MNK” MMC
“Kanon” MMC
“Mega Pharmacy” MMC
“Azeri Med MNK” MMC
“Versal” MMC
“Versal Palace” MMC
“Naturalist” firması
“AvestaFarm” MMC
Cardinal Health şirkəti
“Ruslan AZ” MMC
Zəfəran Hospital
Zəfəran Apteklər Şəbəkəsi
Siyəzən Broyler
AXS.az