Partiya sədri deputatları debata çağırdı: “İzah etsinlər ki…”

Bəzi deputatlar quru sərhədlərin bağlı qalmasını “təhlükəsizlik” məsələləri ilə izah etməyə çalışırlar.

Hörmətli vəkillərlə bu məsələni canlı yayımda müzakirə etmək istərdim – bəlkə doğrudan da, elə arqumentlər gətirəcəklər ki, quru sərhədlərin bağlı olmasının zəruriliyinə hamımızı inandıracaqlar?!.

Tribuna.az xəbər verir ki, bu sözləri Real Partiyasının sədri Natiq Cəfərli deyib. O qeyd edib ki, deputatlar izah etsin ki, sərhədlərin açılması hıqiqətən də təhlükəlidir:

“Bəlkə izah edə biləcəklər ki, Ukrayna və Rusiya müharibə aparır, Rusiya 4 ildən çoxdur ki, Ukraynaya qarşı təcavüzkar işğalçı savaş açıb – amma nədənsə, təhlükəsizliyə görə nə Ukrayna, nə Rusiya sərhədlərini bağlamayıb?!

Və ya, bizim də razılaşacağımız misallarla sübut edəcəklər ki, Cənubi Qafqazda ən güclü Orduya, təhlükəsizlik sisteminə malik olan Azərbaycan sərhədləri bağlı, amma bizdən qat-qat zəif olan Ermənistan və Gürcüstan açıq saxlayır?!

Nəhayət, bəlkə də elə daşdan keçən sözlər deyəcəklər və hamımız razılaşacağıq ki, məsələn, təyyarə ilə Tbilisiyə gedən Azərbaycan vətəndaşı, sonra quru yolla evinə, ölkəsinə dönməyə məhz təhlükəsizliyə görə icazə verilmir?!”.

Tarix: Bu gün, 18:13
Xəbəri paylaş



Xəbər lenti