Zamanında Qarabağdan 5-6 saata çıxmaq zorunda qalan bizləri erməniyə daha 10 gün verilməsi tələbi təbdən çıxarır. Haqlıyıq əsəbimizdə, etirazımızda. Sanki bunların nazı ilə çox oynayırıq deyə hamımız içdən-içə narazıyıq. Bəzilərimiz də zarafata salırıq ki, deyəsən, unitazlarını yox, evlərini söküb taxta-şalbanını aparmaq üçün vaxt istəyirlər. Amma acı gerçək də var axı. Düşmənin ən namərdi, milçək qədər zəhlətökəni bizim bəxtimizə düşüb. Adamlar Kəlbəcərdəki ağacları da kəsirlər ki, aparıb İrəvanda istifadə etsinlər. İzn veririk hələ ki. Amma maraqlıdır, onlara bu vandallığına görə kim "dur" deyəcək?Bu 10 gün onlara yanmayan bir ev, kəsilməyən bir ağac, zəhərlənməyən bir su hövzəsi, minalanmamış bir qarış torpaq belə qalmasın deyəmi verilir? Bunu etməmələri üçün onlara kim nəzarət edəcək? Rus jurnalistlərinin gəlib bu mənzərələri çəkmələri özlərinə qalsın. Uzaqbaşı soruşacaqlar: “Niyə belə edirsiz?”. Onlar da cavab verəcəklər ki, bəs yandığımızdan edirik, düşmənə evimiz-eşiyimiz qalmasın deyə viran qoyuruq. Sonra da timsah göz yaşları ilə ağlayacaqlar ki, ay Kəlbəcər, ay Şuşi... Dünya da bu artistliyə, bu Hollivud performansına filmə baxırmış kimi baxacaq. Nəyimə lazım? Bizdən onlara daha 10 gün vaxt verməmizi xahiş edən vasitəçi, bir zəhmət, onun da vəhşiliyinə etiraz etsin, qınasın... Qınasın nədi e? Qarşısını alsın bu vandallığın. Füzulini, Cəbrayılı ildırım sürətilə azad edən rəşadətli ordumuz o vandalların oranı minalamasına, viran qoymasına imkan vermədi. İndi bu dığaların hər cür alçaqlıq etməyə vaxtları var. Amma bunun da qarşısı alınmalıdır. Özü də əlisilahlılar vasitəsilə.
Təbii ki, Kəlbəcərdə layihələr həyata keçirən, yataqlarda iş görən beynəlxalq şirkətlər də var və onların da maraqları nəzərə alınmalıdır. Amma və lakin... Zarafat deyil, Kəlbəcər kimi ərazi və strateji baxımdan çox önəmli bir ərazini öz xoşu ilə tərk etmək zorunda qalmaq erməniyə elə bir od qoyub və qoyacaq ki, uzun illər tarix kitablarında bundan danışacaqlar. Bəli, biz uşaqlarımıza əzbərlətdiyimiz rayonlarımızın işğal tarixini unutdurduqca onlar uşaqlarına məğlubiyyət tarixini əzbərlədəcəklər. Bəli, biz bu 44 günlük savaşda ermənilərə də, onların havadarlarına da, lobbisinə də kimin kim olduğunu sübut etdik. İndi onlar qarşıdakı bu 15 gündə sadəcə meymunluq etmək, arada bir də meymunluq etdikləri qəfəsin içindən banan qabığı atmağa çalışacaqlar. Yəni, əsəbimzlə oynayacaqlar. Bəhanələr gətirəcəklər, vaxt qazanmaq üçün araya vasitəçilər salacaqlar. Səbr, səbr, bir daha səbr! Biz yolun çoxunu getmişik, azı qalıb. Qalibin səbri çox olur, unutmayın.
Savaşın ilk günlərində, hamımız hərbi ekspert, döyüşçü, diplomat “olduğumuz” günlərdə nə deyirdik? Ay filan kəndi almadan bəhmən kəndi niyə aldılar eee? Erməni nazirlə 10 saatlıq görüş nəyə lazımdır axı? Şuşa alınmadan Hadrutumu götürərlər? Pəh...!!! Dedim axı, hamı xəritəni qabağına qoyub, Qarabağda “döyüşür”, məsləhətlər verirdi. Axırda nə oldu? Bəlli oldu ki, rəşadətli ordumuz, qorxmaz əsgərimiz çox yaxşı bilir hansı kəndə hardan girmək lazımdır, haranı necə işğaldan azad etmək lazımdır. Türklər necə deyir bu situasiyada? “Tere yağdan qıl çəkər kimi”... Yəni, bu qədər zərgər dəqiqliyi ilə. İndi də eyni strategiyadır, indi də eyni yoldur. Güvənək, inananaq, yola davam edək. İndi ağlayan tərəf bəllidir – İrəvan küçələrində göz yaşı selə dönüb. Biz qalib tərəfik. Kəndlər, rayonlar alınanda dövlətin yanında olub, indi bu 10 günlük güzəştə razılıq veriləndə etiraz etmək, “olmaz” demək cığallıqdır. İlk dəfə atəşkəs imzalananda bəzi siyasətçilərin od püskürməsi dünən kimi yadımda. Bir həftə sonra “əslində taktiki baxımdan düz idi...” geriləmələri də. Odur ki, biz bu kinonu görmüşük. Müharibə bu – iştirak etməsək də, tarix kitablarında hamısını oxumuşuq. Bir irəli, iki geri... Sonra iki addım irəli, bir geri...
Videolara baxıram, əzəmətli Kəlbəcərin təbiətini öz aləmlərində viran qoymağa çalışır nanəciblər.Çoxillik ağacları kəsib İrəvana aparırlar. Guya öz quş qədər beyinləri ilə təbiətə, o torpaqlara ziyan verəcəklər. Gerizəkalıların nə bizim layihələrdən, nə bizim tenderlərdən, nə də iş adamlarımızın imkanlarından xəbərləri var. Bizim oliqarxlar.... oliqarx da demirəm, nazirliklərdəki xırda bir şöbə müdirləri istəyəndə bağlarında bir cənnət yaradırlar ki, iki göz istəyir tamaşa etsin. Hər cür ağac, ekzotik meyvə kolları, hovuzlar, fantanlar... Bir rayonu bir oliqarxa, nazirə tapşır, bir ilə orada turizm cənnəti yaratsın. Çox uzağa getməsinlər, Hacıbala kimi komik məmurumuz Bakını bir neçə ilə Avropa şəhərlərinə bənzətdi az qala. Şahdağda, Qəbələdə qış turizmini bir ilə yaratdıq, otelləri cağbacağ. Ən ölüvay iş adamına tapşır, bir aya o torpaqda elə bir cənnət istirahət mərkəzləri yaratsın ki, bütün dünya ora axışsın. Ağılları özlərinə gedib nanəciblərin. Elə bilirlər, hamı bunlar kimi hazıra nazir gəlib. O ağaclar girsin gözünüzə. Biz Kəlbəcəri sizin kimi mikroblardan təmizləyəndən sonra onsuz da qüsullayacağıq, dezinfeksiya edib, sonra cənnətimizi yaradacağıq...
10 gün də möhlət verək, neynək. Daha çox partlasınlar, özlərini dünyaya daha çox güldürüb, daha çox meymunluq etsinlər. Müharibə əsəblərimizi tarıma çəkib. Bu meymunluğa baxıb gülmək, doyunca qəhqəhə çəkmək bizim də haqqımız..
Sevinc TELMANQIZI
Tarix: 15-11-2020, 21:09