İsrail kəşfiyyatı: Müctəba Xamenei İranı tərk edib


İsrail təhlükəsizlik mənbəsi yeni ali liderin ölkə xaricində olduğunu iddia edir, Tehran isə bu məlumatları hələlik şərh etməyib

Poliqon xəbər verir ki, Al Hadath telekanalının yaydığı məlumata görə, İsrailin təhlükəsizlik sahəsindəki mənbəsi İranın yeni ali lideri Müctəba Xameneinin hazırda ölkə hüdudlarından kənarda olduğunu iddia edib.

Mənbənin sözlərinə görə, Müctəba Xameneinin adından yayımlanan rəsmi bəyanatlar əslində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Vahidi və korpusun digər yüksək vəzifəli nümayəndələri tərəfindən hazırlanır.

İsrail tərəfi hesab edir ki, Müctəba Xameneinin İran ərazisində olmaması ölkə rəhbərliyində ciddi idarəetmə böhranının və daxili fikir ayrılıqlarının mövcudluğuna işarə edir.

Bundan başqa, eyni mənbə iddia edib ki, Tehran mərhum ali lider Əli Xameneinin öldürülməsinə cavab olaraq Təl-Əvivin mərkəzində yüksək vəzifəli İsrail rəsmilərinə qarşı sui-qəsd əməliyyatı hazırlayıb.

Mənbənin iddiasına görə, ABŞ İsrailin hücum xarakterli əməliyyatlarda iştirak etməsini istəmir. Bildirilir ki, Vaşinqton bu mövqeyini İranın İsrail ərazisinə hücum edəcəyi təqdirdə belə qoruyur.

Qeyd edək ki, bu məlumatlar yalnız İsrail təhlükəsizlik mənbəsinin iddialarına əsaslanır. İran rəsmiləri və digər müstəqil mənbələr tərəfindən bu iddialar hələlik təsdiqlənməyib.

Tarix: Dünən, 22:50
Xəbəri paylaş



Xəbər lenti