
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla söhbətindən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib.
Onun sözlərinə görə, tərəflər cəbhədəki vəziyyəti müzakirə ediblər.
Zelenski bundan başqa ABŞ-ın qətiyyətinin münaqişənin həllində həlledici rol oynayacağını bildirib.
Zelenski onu da əlavə edib ki, Trampla Ankarada keçiriləcək NATO sammitində söhbəti şəxsən davam etdirməklə bağlı razılığa gəlib.
APA