Moldovanın Baş naziri istefa verdi - korrupsiya məsələsinə görə



Moldovanın Baş naziri Aleksandru Muntyanu bu gün səhər istefa verib.

 

“Reuters“in xəbərinə görə, Muntyanu bildirib ki, "mandatını prinsiplərinə uyğun şəkildə yerinə yetirə bilməyəcəyi üçün" istefa vermək qərarına gəlib.

 

Qeyd edək ki, Aleksandru Muntyanunun istefası hökumət məmurlarının iştirak etdiyi bir sıra korrupsiya qalmaqallarından sonra baş verib.APA


Tarix: Bu gün, 12:13
Xəbəri paylaş



Xəbər lenti