
Hörmüz boğazı məsələsində ABŞ və İran arasında ciddi fikir ayrılığı ilə yanaşı, gərginlik də yaşanır.
Tribuna.az xəbər verir ki, dünən SEPAH bununla bağlı açıqlama yayıb.
Hərbi birlik bəyan edib ki, Hörmüz boğazından keçən yeni marşrut İranla koordinasiya olmadan təhlükəlidir. “Məyyən edilmiş tələblərə cavab verməyən gəmilərlə məşğul olacağıq”.
ABŞ prezidenti Donald Tramp isə buna qarşılıq verərək, SEPAH-ı hədələyib. “İran heç vaxt nüvə silahı əldə etməyəcək. Əgər İranın Hörmüz boğazından keçən gəmilərdən rüsum, sığorta pulu alması təsdiqlənərsə, danışıqlar dayandırılacaq”.