Rusiya Ukraynanın hərbi və logistika obyektlərini vurur

Rusiya Silahlı Qüvvələri son sutka ərzində Ukraynanın bir sıra bölgələrində hərbi və logistika infrastrukturlarına zərbələr endirib. 

Bizimesr.com bildirir ki, hücumlar Zaporojye, Xarkov, Dnepropetrovsk, Sumı, Xerson, Jitomir, Poltava, Çerkassı, Odessa və digər bölgələri əhatə edib. Zaporojyedə körpülər, dəmir yolu infrastrukturu və Dnepr üzərindəki Preobrajenski körpüsü hədəfə alınıb. Nəticədə körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Xarkovda isə Ukrayna Silahlı Qüvvələrinin hərbi yüklərinin daşındığı logistika mərkəzinə zərbə endirildiyi, obyektin bir hissəsində yanğın baş verdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi həmçinin Ukraynanın pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinin, hərbi aerodromların, yanacaq-enerji obyektlərinin və hərbi-sənaye kompleksinə aid müəssisələrin vurulduğunu açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Rusiya son bir həftə ərzində Ukrayna ərazisinə təxminən 2200 pilotsuz uçuş aparatı, 1800-dən çox idarə olunan bomba və 87 raket atıb.

Tarix: Bu gün, 17:36
Xəbəri paylaş



Xəbər lenti