ABŞ bir neçə həftəyə Yunanıstanın Evros (Dədəağac) bölgəsinə min hərbi texnika və 120 yeni hücum helikopteri yerləşdirəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, regiona gələcək 3 min amerikalı hərbçini Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros şəxsən özü qarşılayacaq.
ABŞ-ın Yunanıstandakı səfiri Cefri Pyatt tarixin ən böyük təchizatının Evros bölgəsinə həyata keçiriləcəyini bildirib:
“Hərbçilərin və texnikanın bir qismi Qərbi Frakiyada qalacaq, bir qismi də Rumıniya və Bolqarıstana göndəriləcək”.
Tarix: 9-11-2021, 10:17