"Putin Təhlükəsizlik Şurasının iclasında bir neçə dəfə öskürdü və..."-“Reyters”


Rusiya Prezidenti Vladimir Putin məmurlara açıq havada idman etdiyi üçün bir az soyuqladığını söyləyib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Reyters”(“Reuters”)  Rusiya mediasına istinadla məlumat yayıb.
 
"Valentina İvanovna, narahat olmayın, hər şey qaydasındadır..."
 
Aqrar sənaye kompleksinin inkişafı ilə bağlı keçirilən görüşdə Putin bir neçə dəfə yavaşdan öskürüb. Həmin gün, Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda Federasiya Şurasının sədri Valentina Matvienko dövlət başçısının sakitcə öskürəyinə diqqət çəkib və prezidentdən hər şeyin yaxşı olub-olmadığını soruşub.
 
"Valentina İvanovna, narahat olmayın, hər şey normaldır. Yalnız “COVID-19” üçün deyil, bütün digər infeksiyalar üçün də demək olar ki, gündəlik testlər aparılır, hər şey qaydasındadır. Hava da bir az soyuq idi, daha fəal idman hərəkətləri etdim... Qorxulu heç nə baş vermir. Bütün həmkarlarıma da cansağlığı arzulayıram"- deyən Putin bütün məmurları vaxtında revaksinasiya olunmağa çağırıb.
 
Bir neçə gün öncə Kremldə  Putinin doğum gününü necə keçirməsindən bəhs edilmişdi. Rusiya prezidenti  69 yaşını oktyabrın 7-də qeyd edib.

Tarix: 12-10-2021, 09:14
Xəbəri paylaş



Xəbər lenti