Nobel erməni separatizminin əleyhdarı olan jurnalistə verildi - Kreml pərt durumda




"Qarabağda erməni separatizminin əleyhdarı kimi tanıdığımız "Новая газета"nın baş redaktoru Dmitri Muratovun Nobel mükafatı alması Kremli pərt edib”.

Musavat.com bildirir ki, bunu tanınmış jurnalist, professor Qulu Məhərrəmli deyib.
O bildirib ki, Dmitrinin Nobelə layiq görülməsi, Rusiyanın demokratik qüvvələrini və Navalnı tərəfdarlarını xeyli ümidləndirib:
"Onun mükafatla bağlı dediyi "bu, mənim xidmətim deyil, "Новая газета”nın xidmətidir. İnsanların söz azadlığı hüququnu qoruyan, bu yolda öldürülənlərin xidmətidir" sözləri geniş rezonansa səbəb olub”.
Professor qeyd edib ki, Rusiyada insan haqlarını qoruyan, korrupsiya əməllərini ifşa etdiyi üçün qətlə yetirilmiş məşhur rus jurnalistlərinin bir çoxu, o cümlədən Anna Politkovskaya məhz "Novaya qazeta”da çalışmışdı.
Xatırladaq ki, dünən iki jurnalistə beynəlxalq Nobel Sülh mükafatı verilib. Filippinli Mariya Ressa və rusiyalı Dmitri Muratov bu mükafata layiq görülüblər.
Tarix: 9-10-2021, 22:59
Xəbəri paylaş



Xəbər lenti