“Ölkə.Az” "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hazırda təbii fəlakətin episentri paytaxt Maskatdan 60 km məsafədə yerləşir. Yaxınlaşan dağıdıcı “Şahin” siklonu ilə əlaqədar olaraq paytaxt Maskata nəzərdə tutulan təyyarə reysləri təxirə salınıb. Dağıdıcı gücə malik “Şahin”qasırğası nəticəsində dənizdə dalğalarına hündürlüyü 8-12 metrədək qalxır.
“Şahin” siklonu ilə əlaqədar olaraq bölgə ölkələri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Omana xəbərdarlıq edilib. Oman sultanlığının fövqəladə hallar xidməti siklonun daha çox hansı bölgərlərə dağıdıcı zərəbə vuracağını nəzərə alaraq, həmin bölgənin əhalisinin evakuasiya edilməsi barədə çağırış edib. Onlar insanları təcili olaraq hökumətin müəyyən etdiyi sığınacaqlarda yerləşməyə çağırıb. Bu məqsədlə rəsmi olaraq bazar günü və bazar ertəsi Omanda qeyri-iş günü elan edilib.
Verilən xəbərə görə, artıq güclü siklon İran ərazisində insan tələfatı ilə nəticələnən ciddi dağıntılara səbəb olub. Siklon nəticəsində İranda xeyli sayda insana ziyan dəyib, ölən və itkin düşənlərin olduğu deyilir.