Fransa müsəlmanlarının saytında “Ermənistanın fəlakətə yolu” adlı görüntülər paylaşılıb


Fransadakı müsəlmanların populyar vebsaytı olan www.musulmansenfrance.fr Azərbaycanın “VMedia” yutub kanalında “Ermənistanın fəlakətə yolu” adlı fransız dilində video yerləşdirib.
Daha əvvəl bu video rus dilində paylaşılıb.


Video haqqında qısa məlumatda qeyd edilir ki, Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən Azərbaycan 27 sentyabr 2020-ci il tarixində əks hücuma keçib və bununla da uzun illər davam edən danışıqlardan sonra 30 il Qarabağın erməni işğalı altında olan ərazilərin qaytarılmasına qərar verib.

Videoda deyilir ki, Ermənistanda 44 günlük müharibədə məğlubiyyət fəlakət kimi qiymətləndirilir, buna görə ölkənin siyasi elitası günahlandırılır.

“Qarabağı azad edən azərbaycanlılar ermənilər tərəfindən dağıdılmış evləri, abidələri, talan edilmiş qəbiristanlıqları gördülər”, - nəşrdə vurğulanır.




Tarix: 3-10-2021, 22:02
Xəbəri paylaş



Xəbər lenti