Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı



Lukaşenko hansı halda ömürlük prezident olacağını açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko ölənə qədər prezident olmayacağını söyləsə də, Qərbin təzyiqi olduğu təqdirdə canı bahasına olsa belə, ölkənin müstəqilliyini müdafiə edəcəyini vurğulayıb.

“And içirəm, ölənə qədər də prezident olmayacağam. And içirəm. Hər şey Belarusdakı vəziyyətdən asılı olacaq. Əgər siz, Qərbdəki himayədarlarınız vəziyyətimizə necə gəldi müdaxilə etməsəniz, biz də özümüzü suveren müstəqil bir dövlət olaraq, suveren və müstəqil olmağa layiq bir xalq olaraq inamlı və rahat hiss edərik.

İnanın, hər şey düşündüyünüzdən də tez bir zamanda baş verəcək. Ancaq keçənilki kimi hadisələrimizə yenidən müdaxiləyə cəsarət etsəniz, pis olacaq. Hər şey indi düşündüyünüz kimi olacaq”, - deyə o CNN-ə müsahibəsində qeyd edib.

Jurnalist Lukaşenkanın 27 il prezident postunda olduğunu bildirərək, nə vaxt istefa verəcəyini soruşub:

“Qeyd etdiyiniz kimi, mən 27 ildir xalqıma xidmət edirəm. Ancaq sizin Vaşinqtondakı “regional komitədəki” yaşa hələ çatmamışam. Gəlin, Vaşinqtondakı himayədarınızın yaşını istinad kimi götürək. Niyə də olmasın?”, - deyə Lukaşenko zarafat edib.

Ancaq sonra 67 yaşında olan Belarus prezidenti bu yaşa qədər qalmayacağını da qeyd edib.

“Bizə hücum etsəniz, bizi daim bombardman etsəniz, sözümüzdən, simamızdan və müstəqilliyimizdən məhrum etsəniz, mən əbədi prezident olacağam. Belarus xalqı ilə birlikdə yaratdıqlarımı canım bahasına olsa belə müdafiə edəcəyəm”, - deyə Lukaşenko vurğulayıb.

Mənbə: “Sputnik Belarus”
Tarix: 3-10-2021, 09:03
Xəbəri paylaş



Xəbər lenti