"
Mixail Saakaşvili həbs olundu". Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi brifinqdə deyib.Baş nazir qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan Mixail Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçiriblər: "Hüquq-mühafizə orqanlarının onun Ukraynadan Gürcüstana hərəkəti barədə daha öncədən məlumatı olub. Proses tam nəzarət altında idi".
Qaribaşvilinin sözlərinə görə, aidiyyəti qurumlar əməliyyatın minimal maneələrlə həyata keçirilməsi məqsədi ilə kordinasiyalı şəkildə vaxt və məkan seçib: "Saakaşvili artıq penitensiar müəssisəyə transfer edilib".
Tarix: 1-10-2021, 20:32