İki mafiya qrupu arasında qarşıdurma baş verib, nəticədə 24 nəfər öldürülüb, 42 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Ekvadorun Guayaquil şəhər həbsxanasında baş verib.
Silahlı qarşıdurmanın mafiyalar arasında liderlik mübahisəsi zəminində baş verdiyi bildirilir. Rəsmilər ölən şəxslərin bədənlərində güllə izləri və partlayıcı maddələrdən qaynaqlanan yaralar olduğunu bildirib.
Polis rəsmisi Buenano deyib ki, polis əməkdaşları qarşıdurmanın ən şiddətli hissəsinin yaşandığı 5 nömrəli düşərgəyə daxil olarkən vurularaq və əl bombası ilə partladılaraq ölənlərin cəsədini müəyyən edib.
Qeyd edək ki, son zamanlar Ekvadorda mafiyalar xüsusi fəallığı ilə seçilir. Mafiya şəbəkələri beynəlxalq narkotik şəbəkəsini səlahiyyət uğrunda savaşlarında içinə çəkirlər.
Fevralda ölkə tarixində ən zorakı həbsxana üsyanı zamanı 72 nəfər ölmüşdü. Bu ayın əvvəllərində Guayaquil yaxınlarındakı həbsxana dronlar tərəfindən vurulmuşdu.
Ümumən Ekvadorda 29 min məhkum 60 həbsxanada saxlanılır. Amma daha çox şəxsin həbsxanada olması və həbsxanada işləyənlərin sayının az olması Ekvador hökumətinin ora tam nəzarətinə imkan vermir.
2020-ci ildə həbsxanalarda 103 nəfər ölüb. Avqustda isə həbsxanada çıxan üsyanda 27 məhkum ölüb.
Tarix: 30-09-2021, 09:11