Türkiyə Prezidenti Ərdoğan ABŞ-a birbaşa meydan oxuyur.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın CBS telekanalı məlumat yayıb.
“Ərdoğan hökumətinin ABŞ-a meydan oxuduğunu və Rusiya istehsalı olan hava müdafiə sistemləri (S-400) almağı planlaşdırdıqlarını söylədi”, - məlumatda bildirilib.
Ərdoğan CBS telekanalına verdiyi açıqlamada deyib ki, heç kim hansı müdafiə sistemlərini hansı ölkədən alacağımıza müdaxilə edə bilməz. Amerikalı jurnalistin "Rusiyadan əlavə S-400 zenit-raket sistemləri almağı planlaşdırırsınızmı" sualına Ərdoğan düşünmədən “Əlbəttə ki, bəli” cavabını verib.
Tarix: 26-09-2021, 11:06