CIA-in sabiq əməkdaşı Robert Bear Beyrutda baş verən dəhşətli partlayış barədə maraqlı məqamlara toxunub.
Yeniavaz.com xəbər verir ki, Robert Bear CNN-ə verdiyi açıqlamada Beyrutdakı şiddətli partlayışa sadəcə ammonium nitratın səbəb olmadığını bildirib:
"Hadisənin görüntülərinə diqqət edin, partlayış başlayanda ortaya çıxan ağ duman həmin yerdə ammonium nitrat olduğunu və onun partladığını göstərir. Ancaq, sonradan baş verən partlayışın, hərbi sursat vasitəsilə olduğu qənaətindəyəm. Partlayış zamanı havaya qalxan narıncı alov da göstərir ki, bu sadəcə ammonium nitrat deyil. Bu, dəqiq hərbi sursat vasitəsilə baş verən partlayışdır".
Qeyd edək ki, ötən gün axşam saatlarında Livanın paytaxtı Beyrutda baş verən şiddətli partlayış nəticəsində 100-dən çox insan dünyasını dəyişib, 4 minə yaxın insan yaralanıb, çox sayda insan itkin düşüb.