Rusiyanı əsl kasıblıq gözləyir - Alman mediası


Koronavirus ən çox Rusiya iqtisadiyyatını sarsıdıb. Ölkənin ümumdaxili məhsulu (ÜDM) tam azalıb, birinci dalğadan sonra minlərlə müəssisə iflasını elan edib. İşsizlik fəlakət səviyyəsinə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Handelsblatt” qəzetində, Matias Brüqmanın imzasının olduğu məqalədə bəhs edilir.
Müəllif federal büdcədə kəsirlərin artdığı bir zamanda əyalətlərdən mərkəzə olunan təzyiqin artdığını qeyd edib.
Artıq Rusiyada 2000-ci ildə tətbiq olunan 13%-lik vahid vergi tarifi bu ilin yanvarından ildə 60 min avrodan çox gəliri olanlar üçün 15% artırılıb.
Bundan başqa Rusiyada iri infrastruktur obyektləri, hətta limanların satışa çıxarılması planlaşdırılır. Bir sıra böyük müəssisələrdə dövlətin payı 50%-ə qədər azaldıla bilər. Vladimir Putin milyardlıq infrastruktur layihələrinə də son verib. 
Mərkəzi bankın məlumatına əsasən, ÜDM 9,5%-10% azalıb. “Renessans kapital” adlı investisiya şirkətinin eksperti Sofiya Donetsin fikrincə, bu proses ilin son iki rübündə də davam edəcək. Üstəlik pandemiyanın səngidiyinə dair əlamət görünmür. Hər gün Rusiyada orta hesabla 6 min yoluxma halı qeydə alınır.
Rusiyalıların yarısının dar gün üçün heç bir əmanəti yoxdur. 145 milyonluq əhalinin azı 44,6%-i bu gün ayda 180 avro ilə dolanmaq məcburiyyətindədir.
İşsizlik son 8 ildə ən yuxarı həddə gəlib çatıb.Bir çox işləyən insanın maaşları ya azaldılıb, ya da kəsilib.
“Narazılıq gündən-günə artır. Moskavada çalışan diplomatlar artıq Kremlin “ərköyün” lideri üçün partlayış situasiyasının gəlib çatmasından danışmağa başlayıblar,”-deyə məqalədə qeyd olunub.
Bütün bunlar yetməzmiş kimi neft və qaz qiymətlərinin azalması Rusiyanın mövqelərinə ciddi zərbə endirib. Müasir Rusiya tarixində ilk dəfə qaz ixracatından gələn gəlirlər qızıl ixracatından əldə olunan gəlirlərdən aşağı  düşüb.
Tarix: 28-07-2020, 21:54
Xəbəri paylaş



Xəbər lenti