Ukraynada terrorçu avtobusu girov götürüb: prezidentdən tələbi var

ZelenskiVladimir Zelenski

Ukraynanın şimal-qərbindəki Lutsk şəhərində odlu silah və partlayıcılarla silahlanmış şəxs sərnişin dolu avtobusu girov götürüb.

Sonradan həmin adamın 10 ilə qədər həbs həyatı yaşamış Maksim Krivoş olduğu dəqiqləşib.
Bizimyol.info xəbər verir ki, əslən rus olan terrorçu günorta saatlarında belində çanta ilə şəhər mərkəzindəki avtobusa daxil olub. Krivoşun 20-yə qədər sərnişini girov götürdüyü bildirilir. Ukrayna Dövlət Təhlükəsizliyi Xidməti isə girovların sayının 10 nəfər olduğunu açıqlayıb.
Silahlı hökumətdən onu rəsmi şəkildə qanuni terrorçu adlandırmağı, prezident Vladimir Zelenskidən isə insanların heyvanları istismarından danışan “Yer kürəsinin sakinləri” filminin reklamını tələb edib.
Krivoş polisə iki güllə və qumbara atmağa da imkan tapıb. Xəsarət alanlar haqda heç bir məlumat verilmir.
Krivoşun əvvəllər psixi klinikada yatdığı və “Cinayətkarın fəlsəfəsi” kitabını yazdığı məlum olub.
Tarix: 21-07-2020, 20:52
Xəbəri paylaş



Xəbər lenti