Avqustun 9-da Belorusda prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədliyini vermiş siyasətçi Svetlana Tixanovskaya ölkənin hazırki prezidenti Aleksandr Lukaşenkonu insanlara əziyyət etməkdə ittiham edib.
Bizimyol.info Tut.by xəbər portalına istinadən yazır ki, o dövlət başçısını küçələrə çıxıb, yeni namizədlərin lehinə aksiyalar keçirən insanları döydürdüyünü bildirib.
“İnsanları yalnız ona görə polis nəzarətinə alır və döyürlər ki, onlar küçələrə çıxıb hansısa namizədin xeyrinə şüar qaldırır, çağırış edir. İnsanların necə yaşamalı olduğuna prezident qərar vermir, insanlar özləri qərar verirlər. Lukaşenko hesab edir ki, insanları döyməklə, dəmir barmaqlıqlar ardına atmaqla onları özünə hörmət etməyə və sevməyə məcbur edə biləcək”,- deyə xanım siyasətçi qeyd edib.
O həmçinin bildirib ki,avqustun 9-da prezident seçilərsə yenidən köhnə namizədlərin və namizəd olmaq istəyənlərin işirakı ilə seçki keçirəcək.Bununla belə o seçicilərinə başqa bir vəd vermədiyini bildirib.
“Boş vəd verən çoxlu sayda namizəd var. Mən vəd vermirəm. Ölən kəndlərimiz, belorusların kütləvi emiqrasiyası, koronavirusla bağlı kəskin vəziyyət - bax bunlar problemdir, bu problemlərin həllini nəzərdə tuturam”,- deyə o bildirib.
Tarix: 20-07-2020, 12:51