Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini təhdid edib. O, Ukrayna liderindən üzr istədiyini təsdiq etməsini tələb edərək, dövlət başçısını kişi kimi hərəkət etməyə çağırıb.
Bizimyol.info xəbər verir ki, Kadırov Ukrayna prezidentini təhdid etməkdən də çəkinməyib.
“Əgər siz öncə üzr istəyib, sonra bunu təkzib edəcəksinizsə və yenidən üzr istəməyəcəksinizsə şəxsən mənə cavab verməli olacaqsınız. Mən bunu sizə Çeçenistan rəhbəri kimi yox, Əhməd Kadırovun oğlu kimi deyirəm! Kişi ol, Vladimir Aleksandroviç, hər zaman sözünün üstündə dur”,- deyə o qeyd edib.
İki liderin arasında bu gərginlik 2019-cu ilin aprel ayında Zelenski Kadırovun iştirakı ilə bir kadrın “Kvartal 95” şou studiyası tərəfindən yayılmasına görə üzr istəmişdi. Həmin kadrda Ramzan Kadırov göz yaşları içində dua edirdi.
Tarix: 20-07-2020, 12:34