Rusiya bu dənizə nəzarət üçün məxfi sistem hazırlayır





Rusiya Qara dənizin dibində yeni hidroakustik sistemləri tətbiq etməklə sualtı vəziyyəti işıqlandırmağa cəhd edir və bunun üçün məxfi sistem hazırlığı aparır.
Axar.az xəbər verir ki, bu məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Sergey Qayduk deyib.
Qayduk Rusiyanın bununla Qara dəniz akvatoriyasında total nəzarəti təmin etməyə çalışacağını bildirib.
O, Rusiyanın bunun üçün xüsusi qurğunu kosmosda da yerləşdirəcəyini söyləyib. Eks-komandan Rusiyanın məxfi silahı “Türk axını” və “Mavi axın” kəmərlərində yerləşdirəcəyini də ehtimal etdiyini deyib.
Tarix: 20-07-2020, 12:28
Xəbəri paylaş



Xəbər lenti