ABŞ kəşfiyyat peykli raket buraxıb - Son 3 ildə ilk dəfə



Amerika Birləşmiş Ştatlarında (ABŞ) Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsi üçün orbitə 4 peyk çıxarmaq üzrə məxfi missiya uğurla reallaşdırılıb.
Peyklər Vallas kosmodromundan (Virciniya ştatı) orbitə quru yanacaqla işləyən «Minotaur-4» daşıyıcı raketilə Bakı vaxtilə saat 16:46-da buraxılıb.
«Space Flight Now» portalının yayımında yalnız raketin atışından sonrakı ilk 2 dəqiqəni göstərməyə icazə verilib.
Qeyd olunur ki, kəşfiyyat peyklərinin buraxılması ABŞ üçün son 3 ildə ilk olub. PH Minotaur raketinin ilk startı 2017-ci ilin avqustunda Kanaveral burnundan baş tutub.//AzPolitika.//
Tarix: 16-07-2020, 06:57
Xəbəri paylaş



Xəbər lenti