Liliya Kornilova“Obozrevatel”, Ukrayna, 10 iyul 2020-ci il 15 iyulda Rusiyada RF Konstitusiyasına düzəlişlərlə bağlı mitinqlər keçiriləcək. Bu barədə Moskvada
“Net!” (“Xeyr!”) kampaniyasının təşkilatçıları, Sankt-Peterburqda isə Rusiya Libertarian Partiyası,
“Açıq Rusiya” təşkilatı və
“Bahar” hərəkatı elan verib.
Müxtəlif qiymətləndirmələrə görə, etiraz aksiyalarına minlərlə rusiyalı çıxacaq, o cümlədən Moskvada təşkilatçılar Puşkin meydanına 10 mindən az olmayaraq adam yığmağı planlaşdırırlar.Kağız üzərində var, faktiki isə heç nə yoxdurRF Konstitusiyasının 31-ci maddəsinə əsasən,
“RF vətəndaşlarının dinc, silahsız toplanma, yığıncaq, mitinq, nümayiş, yürüş və piket keçirmə hüququ vardır”. Lakin bu hüquqlar yalnız kağız üzərindədir, belə ki, Rusiya hakimiyyəti praktikada mitinqlərin keçirilməsinə hər vasitə ilə mane olur.
Yeri gəlmişkən, 9 iyulda məlum olub ki, Moskva və Sankt-Peterburq meriyaları RF Konstitusiyasına düzəlişlərlə bağlı mitinqlərin keçirilməsinə razılıq verməyiblər. Rədd cavabına formal əsas, guya, ərizəvermə müddətinin buraxılması olub.
Lakin etiraz aksiyalarının təşkilatçıları təkidlə bildirirlər ki, hər şeyi öz zamanında ediblər və rədd cavabını məhkəmədə mübahisələndirəcəklər.
Bundan əlavə, elə həmin gün səhər Moskvada mitinq təşkilatçılarına axtarış adı ilə basqın təşkil edilib. Güc strukturları axtarış adı ilə bələdiyyə deputatı
Yuliya Qalyaminanın, həmçinin
“Açıq Rusiya” və
“MBX media” əməkdaşlarının üstünə gediblər.
“Açıq Rusiya”nın icraçı direktoru
Andrey Pivovarov və koordinatoru
Mariya Kuznetsova saxlanılıb.
Hakimiyyət bununla yalnız od üstünə yağ tökür. Heç kimə sirr deyil ki, etiraz əhval-ruhiyyəsi artır və
Vladimir Putin barıt çəlləyi üzərində oturub. Neftin qiyməti yüksək olanda ruslar onun yeni bəlalardan başqa heç nə gətirməyən geopolitik manevrlərinə göz yumurdular. Lakin epidemiya
“i” üzərinə nöqtə qoydu – ölkədə epidemioloji, siyasi və iqtisadi böhranlar başladıqda RF ideal qasırğaya düşdü.
Bu günlərdə
“Росгосстрах жизнь” sığorta şirkətinin və
“Perspektiva” elmi-texniki mərkəzinin apardığı tədqiqatın nəticələri nəşr edilib. Məlum olub ki, rusların 45%-nin gəliri 15 min rublu aşmır, yəni
“enerji superdövləti”nin vətəndaşlarının yarısı 210 dollara yaşayır, 5 min rubldan (70 dollar) çox almayan 8,4%-i isə tam yoxsulluq içindədir.
RF Prezidentinin mətbuat katibi
Dmitri Peskov bəyan edi ki, yoxsulların sayının azaldılması prezident üçün həlledici öncəlikdir. Lakin bu sayın azaldılması həyat səviyyəsinin yüksəldilməsi hesabına deyil, insanların fiziki məhv edilməsi hesabına gedir.
Axı koronavirusdan keyfiyyətli tibb xidmətinə əli çatmayan ruslar daha çox ölür.Hamı barrikadalara!“Левада-Центр”-in 22-24 mayda keçirdiyi sorğu etiraz əhval-ruhiyyəsinin artdığını təsbit edib. Əgər 2018-ci ilin martında həyat səviyyəsinin düşməsinə görə etiraz aksiyalarını yalnız rusların
17%-i tamamilə mümkün hesab edirdisə, 2020-ci ilin mayında bu rəqəm
27% olub.
Əgər 2018-ci ilin martında rusların yalnız 8%-i küçələrə çıxmağa hazır idisə, 2020-ci ilin mayında bu rəqəm 28%-ə yüksəlib.Bunun fonunda Rusiyada güc strukturlarının, Vladimir Putinin opriçninasının – məhz etiraz aksiyalarının yatırılması üçün yaradılan
“Rosqvardiya”nın ciddi möhkəmləndirilməsi və silahlandırılması gedir.
Əgər tarixə qısa ekskurs etsək, aydın olacaq ki, Rusiyada opriçnina hakimiyyət qorxuya düşdükdə, yaradılır.
Yeri gəlmişkən, Rusiya iqtisadiyyatının kritik vəziyyətdə olmasına baxmayaraq, 2016-2020-ci illər arasında “Rosqvardiya”nın büdcəsi 40 milyard rubl artıb.
Praktika göstərir ki, Rusiyada etiraz aksiyaları zamanı güc strukturlarının əməkdaşlarının və xidməti maşınların sayı potensial etirazçıların sayından əhəmiyyətli dərəcədə çox olur. Bu da Vladimir Putinin icazə vermədiyi istənilən ictimai tədbiri
“boğmağa” imkan verir.
RF hüquq-mühafizə orqanlarının sərəncamında yetərli qədər silah var, lakin hətta dinc yığıncaqlara dözüm isə sıfıra bərabərdir. Hakimiyyət razılaşdırılmış etiraz xarakterli ictimai tədbirlərin keçirilməsinə müxtəlif bəhanələrlə icazə vermir.
Sonra da onların formal olaraq hüquqazidd olmasından istifadə edərək, dağıdır, təşkilatçı və iştirakçıları azadlıqdan məhrum edir, həmçinin onları inzibati və cinayət məsuliyyətinə cəlb edir.Əməyə və müdafiəyə hazır ol!Rusiya hökuməti 2020-ci ilin əvvəlində güc strukturlarının maliyyələşdirilməsini büdcədə nəzərdə tutulduğundan daha çox artırıb. Aydındır ki, tam sığortalanmaq üçün DİN, Cəzaların İcrası Federal Xidmətinin, “Rosqvardiya”nın və hərbçilərin maaşları 1 oktyabrdan 3% artırılacaq. Hökumət FHN, “Rosqvardiya” və MN üçün 33 min nəqliyyat vasitəsinin alınmasına 70 milyard rubl xərcləyəcək. Hakimiyyət cəza orqanlarının xərclərinin qeyri-adekvat şəkildə artmasını, bunun Rusiyada etiraz əhval-ruhiyyəsini ancaq artıracağını nəzərə alaraq, Federal Mühafizə Xidməti, “Rosqvardiya” və
“Roskosmos”un satınalmalarını məxfiləşdirməyi planlaşdırır.
Hazırda MN, FTX və Xarici Kəşfiyyat Xidmətinin satınalmaları məxfiləşdirilib.Son 5 ildə RF-də hüquq-mühafizə orqanlarının etiraz aksiyalarını dağıtmaq üçün xüsusi vasitələr almaqla bağlı xərcləri yüksək səviyyədə qalır. 2015-ci ildən etibarən, “Rosqvardiya” və polis təkcə su topları və qazçiləyicilər üçün 850 milyon rublluq kontrakt bağlayıblar. Bu il isə əlavə 30,5 milyon rubl da sərf etməyi planlaşdırırlar. Güc strukturları şok tapançalarının əldə edilməsi üçün 1,5 milyard rubl, qalxanlar üçün 410 milyon rubl, qumbaratanlar üçün 70,5 milyon rubl xərcləyiblər.
Güc strukturlarının ən bahalı satınalmalarından biri zirehli xüsusi avtomobillərdir. Bu maşınlar kompleks öldürücü olmayan təsir sistemilə təchiz ediliblər. Onlara xidmət də nəzərə alınarsa, qarşıdakı beşillikdə dövlət xərcləri 4,4 milyard rubla çatacaq. Unudulmamalıdır ki, göstərilən xüsusi vasitələrə əlavə olaraq, dövlət vergiödəyicilərinin pulunu qandalların və rezin dəyənəklərin alınması üçün də sərf edir.
2020-ci ilin aprelində “Rosqvardiya” ümumi dəyəri 11 539 838 rubl olan hərrac elan etdi. Hökumət bu hərrac çərçivəsində, həmçinin, 9150
“Страж-П 100”, 1100
“Страж-П 650”, 550
“Страж-П 2700” və 2000
“Страж-А” bibər qazı balonu əldə etməyi planlaşdırır. DİN və “Rosqvardiya” artıq polis dəstələrinin daşınması üçün avtomobillərin alınmasına 2,6 milyard rubl sərf ediblər. “Rosqvardiya” 2020-ci il ərzində nəqliyyat vasitələrinin alınmasına daha 1,2 milyard rubl xərcləməyi planlaşdırır.
Bütün bunların hamısı Vladimir Putinin rusların yalnız Moskva və Sankt-Peterburqda, yalnız 15 iyulda deyil, bütün ölkə üzrə kütləvi etirazlarına hazırlıq görməsindən başqa bir şey deyildir.
Puşkin yazırdı:
“Allah rus qiyamını göstərməsin, mənasız və amansızdır”.
Ancaq görünür, biz onun şahid olmağa məhkumuq.
Tarix: 12-07-2020, 11:29