"Roskosmos"un sirləri Qərbə satılırmış?






Rusiyanın "Roskosmos" dövlət şirkətinin informasiya siyasəti üzrə müşaviri, jurnalist İvan Safronovun nədə şübhəli bilindiyi məlum olub. 

Moderator.az xəbər verir ki, iyulun 7-də həbs edilən Safronov dövlətə xəyanətdə - Çexiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Bunu mətbuata onun vəkili Yevgeni Safronov deyib. 


Vəkilin açıqlamasından bəlli olub ki, Rusiya Federal Təhlükəsizlik Bürosu İvan Safronovun Rusiyanın Yaxın Şərq və Afrikaya göndərdiyi hərbi təyinatlı yüklər barədə məxfi məlumatları Çexiya kəşfiyyatına ötürməsindən şübhlənir. Moskvanın Lefortovo məhkəməsi İvan Safronov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. 

Rusiyanın Federal Tədqiqat Bürosu iyulun 13-də İvan Safronova qarşı ittihamın elan ediləcəyini bildirib. 

Qeyd edək ki, İvan Safronov 2007-ci ildə müəmmalı şəraitdə həlak olan "Kommersant" qəzetinin əməkdaşı jurnalist İvan Safronovun oğludur. Kiçik Safronov da 2010-cu illərdə bu qəzetdə xüsusi müxbir, hərbi jurnalist kimi çalışıb. 2020-ci ilin may ayında isə o, "Roskosmos" dövlət şirkətində işə qəbul edilib.
Tarix: 8-07-2020, 09:48
Xəbəri paylaş



Xəbər lenti