III Dünya Müharibəsini hansı ölkə başladacaq? - VİDEO
Dünyada gərginlik artmaqda davam edir. Bəşəriyyətin gələcəyi üçün aydın və daha inandırıcı proqnozlar demək olar ki, mövcud deyil. Gündəmə gətirilən ehtimallar da əsasən mənfi məzmunla yüklənib. Ən yaxşı halda, qeyri-müəyyənliyin hökm sürdüyünü iddia etmək mümkündür.
Amma gələcəklə bağlı müxtəlif ssenarilər də mövcuddur. Əsas ssenarilərdən biri budur ki, pandemiya təxminən yaxın iki il ərzində sona çatacaq. Və bəşəriyyət yalnız bundan sonra pandemiyanın öz arxasında buraxdığı “fəlakət bataqlığı”nı qurutmaq üçün imkan qazanacaq.
“Fəlakət bataqlığı”nın nə qədər müddətə qurudula biləcəyi isə yenə də qeyri-müəyyəndir, hətta müəmmalıdır.
Bu, azmış kimi daha bir qorxunc ssenari müzakirə mövzusudur. İddialara görə, dünyada hazırda baş verənlərin sarsıdıcı nəticələri bəşəriyyəti üçüncü dünya müharibəsinə sürükləyə bilər.
Dünyanın az qala bütün ölkələrinin bu müharibədə birbaşa və ya dolayısıyla iştirak etmək məcburiyyətində qalacağı da ehtimal olunur.