“Pandemiya səbəbi ilə G7 sammitini sentyabrdan tez keçirmək mümkün olmayacaq”.
Cebhe.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, iyuna nəzərdə tutulan G7 sammitini G11-ə çevirərək sentyabrda keçirmək nəzərdə tutulur.
Tramp G7-dən danışarkən "Onlar çox yorulublar, dəyişikliyə ehtiyac var",- deyib. Tramp hesab edir ki, genişləndirilmiş sammit xüsusilə Çinlə bağlı vəziyyətə toxunacaq və pandemiyaya görə yaranmış bu durum müzakirə olunacaq.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel iyunda keçiriləcək sammitdə iştirakdan məhz pandemya səbəbi il imtina etmişdi.