Estoniya karantin tələbi olmadan 22 ölkə ilə sərhədlərini açır


Estoniya iyunun 1-dən etibarən Avropa İttifaqının (Aİ) digər ölkələrindən, Şengen ölkələri və 

Böyük Britaniyadan gələn sərnişinlər üçün sərhədlərini yenidən açacaq.

 

Modern.az xəbər verir ki, ölkə mayın 28-də 16 dövlətin vətəndaşlarının 14 günlük karantin 

keçməyəcəyini elan etsə də, növbəti gün həmin siyahını yeniləyərək bu ölkələrin sayını 22-yə çatdırıb.

 

Hökumətin qərarına əsasən, Avstriya, Bolqarıstan, Hollandiya, Xorvatiya, İslandiya, İtaliya, 

Yunanıstan, Kipr, Litva, Lüksemburq, Latviya, Norveç, Polşa, Fransa, Rumıniya, Almaniya, 

Slovakiya, Sloveniya, Finlandiya, Danimarka, Çexiya və Macarıstan vətəndaşları ölkəyə 

gəldikləri zaman 14 günlük karantin müddəti keçməyəcəklər.

 

Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Portuqaliya, Malta və İspaniya vətəndaşları da 

həmçinin Estoniyaya səfər edə biləcəklər. Lakin bu ölkələrin vətəndaşları 14 gün müddətində 

karantində qalmalı olacaqlar.

Tarix: 31-05-2020, 09:55
Xəbəri paylaş



Xəbər lenti