Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.Yenisabah.az xəbər verir ki, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:
Xətai rayon prokuroru Yusif İldırımzadə,
Sabunçu rayon prokuroru Ceyhun Şirinov,
Nəsimi rayon prokuroru Salman Məmmədli,
Qəbələ rayon prokuroru Məqsəd Orucov,
Yevlax rayon prokuroru Elxan Pənahov.
Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib. /Sabah.az
Tarix: 14-05-2020, 23:12