“Dünyadakı ən güclü orduya sahibik. Çox sərvəti heç bir qarşılıq almadan qoruyurduq. Bu ölkələrdən bizə yardım etmələrini istədik”.
Moderator.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə növbəti görüşündə səsləndirib.
Ağ Ev rəhbəri bu fikirləri Səudiyyə Ərəbistanının neft təsisatlarına edilən hücumdan sonra bu ölkəyə yerləşdirilən 4 "Patriot"dan ibarət havadan müdafiə sisemlərinin geri çəkiləcəyi iddiaları ilə bağlı verilən suallara cavab olaraq söyləyib.
Tramp Suriyadan geri çəkilmə qərarının doğru olduğunu da müdafiə edib:
“Türkiyə və Suriya arasında sərhədi qoruyurduq və burada minlərcə əsgərimiz vardı. Türkiyə və Suriya böyük ölkələrdi, burada niyə bizim əsgərimiz olmalıdır, deyə düşünürəm. Hər iki ölkənin bir-birilə düşmənçiliyi vardı, onlar minlərcə ildir ki, savaşırlar. Təqribən bir il əvvəl biz əsgərimizi çıxardıq”.
Suriyadakı neft qaynaqlarını qorumaq məqsədilə bir qrup əsgər saxladıqlarını deyən Tramp neftin qiymətinin ucuzlaşmasına da işarə edərək bunun da əhəmiyyətli olmadığına işarə edib:
“Nefti qorumaq da iki ay əvvələdək yaxşı idi...”.