
Tribuna.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev sosial media hesabında yazıb.
“Deyirəm ki, bir dostumuz 6 ay əvvəl Rusiyadan həmin dərmanı təxminən 5 manata alıb gətirmişdi. Amma aydındır ki, problemi yaradan həmin aptekçi deyil, onun deyə və edə biləcəyi nəsə yoxdur”, – iqtisadçı qeyd edib.
O bildirib ki, daha sonra eyni dərmanın Türkiyədə neçəyə satıldığı ilə də maraqlanıb:
“Cəmi 3,5 manat. Bir dəfə yazmışdım bu mövzuda, amma davamlı yazmaq lazım olduğunu düşünürəm. Eyni dərman, 2 ölkədə qiymət fərqi az qala 8 dəfə. Anlayıram ki, həmin dərmanın Türkiyədə istehsalı var, daha ucuz başa gəlir. O zaman Türkiyədən alaq, yol xərci, vergi, satıcıların qazancı qoy lap 2 dəfə fərq eləsin. Daha 8 dəfə yox axı…”
R. Ağayev qeyd edib ki, daha dəqiq olsun deyə sonradan kiçik bir dəqiqləşdirmə aparıb:
“Bizdə satışda olan paketdə 30 ədəd var, yəni bir ədəd həb 93 qəpik. Türkiyədə satışda olan qutuda 21 ədəd var, yəni 1 ədəd həb 18 qəpik. Burdan da baxanda fərq 5 dəfədir…”