"Mikayıl Cabbarov və onun komandası... Rövşən Nəcəf və onun komandası... daima susan, şikayətçiləri məhkəməyə yönəldən Dövlət Əmək Müfəttişliyi Xidməti və Azərbaycan Həmkarkar İttifaqları Konfederasiyası rəhbərliyinə müraciət edirəm..." "DİA-AZ" xəbər verir ki, bu müraciətin müəllifi olan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı növbəti dəfə özünün sosial şəbəkə hesabında əzilən işçi harayını ictimailəşdirib.
Müraciətdə daha sonra deyilir: "SOCAR Siyəzən İnformasiya Kommunikasiya Texnologiyalarına Xidmət sahəsində çalışan işçilər deyir ki;
-Sözügedən sahənin işçilərinin ixtisara salınması ilə bağlı bildirişlər hazırlanıb. Bu qərar onlarla ailənin sosial rifahına ciddi təsir göstərəəcək.
İşçilərin əksəriyyətinin bank kreditləri və digər maliyyə öhdəlikləri mövcuddur. ✅Onların arasında ailəni təkbaşına dolandıran, həyat yoldaşı olmayan qadınlar da var.
Xüsusilə diqqətə çatdırmaq istəyirəm ki,✅ işçilərdən birinin qardaşı vaxtilə işsizlik səbəbindən intihar edib və hazırda həmin işçi də ağır psixoloji vəziyyət keçirərək ümidsizlik içində intiharı düşünür..."
NHMT sədri müraciətinin sonunda əlaqədar qurumların rəhbər şəxslərinə bu sözləri ünvanlayıb: "Etdiyiniz insafsızlıqlar bumeranq olub özünüzə qayıdacaq (İnşallah), sadəcə zamana ehtiyac duyulur..."
Tarix: Bu gün, 09:06