“Bu situasiyada Ermənistanı Rusiya da xilas edə bilməyəcək” - RƏY


"Azərbaycana qarşı düşmən tərəfin təxribatları davam edərsə, bunun cavabını dəfələrlə artıq alacaqlar. Belə olan vəziyyətdə, Ermənistanı heç kim, hətta Rusiya belə xilas edə bilməz".
 
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, Ermənistan tərəfdən kiminsə Azərbaycan əsgərlərinin öldürülməsi ilə bağlı təxribat xarakterli açıqlama verdiyinə inanmır: "Ermənilər bir o qədər də axmaq deyillər. Yəni, yeni müharibənin başlanmasına maraqlı olmazlar. Çünki Ermənistanın ordusu, demək olar ki, qalmayıb. Qalan ordu isə heç onların sərhədini qorumağa belə bəs eləmir. Belə olan vəziyyətdə, ordusu güclü olan Azərbaycan dövləti ilə münaqişəni qızışdırmaq onlara sərf etmir. Yəqin ki, cəmiyyətə "hələ ki ayaqdayıq" mesajını vermək istəyirlər. Ya da bu, sadəcə, xalq arasında və mətbuatda yayılan şaiədir. Əgər kimsə, doğrudan da, bu şaiələrə uyub belə addım atmağa cəhd edərsə, təbii ki, Azərbaycan xalqı iqtidardan və ordudan müvafiq addımlar atmağı tələb edəcək. Bu situasiyada isə Ermənistanı Rusiya belə xilas edə bilməyəcək".
Tarix: 6-08-2021, 16:04
Xəbəri paylaş



Xəbər lenti