Çox məzmunlu, ətraflı, obyektiv dəyərləndirmədi. Hər bir müddəası ilə razılaşıram. Əlavə qeyd etmək istəyirəm ki, bu gedişlə Azərbaycan həm də NATO-nun qarantı və təhlükəsizlik sistemini qazandı, həm də bu dünya lider ölkələrinin razılığı ilə baş verdi. Türkiyə bu gün NATO qüvvələrinə bütün dövrlərdən daha çox lazımdır. Qərb çox yaxşı dərk edir ki, hazırkı şəraitdə Türkiyə ilə Azərbaycanın birgə olması NATO-nu xeyli gücləndirir və ümumiyyətlə, dünya təhlükəsizlik sistemini möhkəmləndirir. ABŞ inkişafının özünəməxsus fəlsəfəsi var: hər zaman özünə real rəqib hazırlamaqla öz xalqını dayanmağa imkan vermir. Müasir şəraitdə növbə Türkiyəyə çatıb, uyğun olaraq Azərbaycanla birgə. Bu şansı Türkiyə-Azərbaycan cütlüyü əldən buraxmamalıdır. Dünya bir dəfə belə şansı 1980-ci illərdə Türkiyəyə təqdim etmişdi, təəssüf, tam istifadə edə bilmədi. İndi yenidən təkrarlanır. Bu dəfə daha sekulyar Azərbaycan la birgə olması şansı xeyli artırır.
Saleh Məmmədov, sabiq maliyyə naziri, iqtisadçı professor
Tarix: 16-06-2021, 14:08