"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Вu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin iyunun 14-nə olan fəaliyyəti ilə bağlı yaydığı məlumatda deyilir.
"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur" - açıqlamada bildirilir.
Məlumata görə, Rusiya sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:
"23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis qrupları 2127,7 hektar ərazini, 657,3 km yolu, 1860 binanı (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizləyib, 25,621 partlayıcı maddə aşkar edərək zərərsizləşdirib".
Bildirilib ki, rus sülhməramlıları erməni zəvvarları Amaras (Xocavənd) və Gəncəsər (Kəlbəcər) monastrlarına müşayiət ediblər.
"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır" - Rusiya MN-in açıqlamasında deyilir./Modern.az