Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...

Köçəryanın sərsəm iddiası: Hadrutu alacam, Şuşanı isə...
Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə "Ermənistan" (Hayastan) bloku ilə qatılan Robert Köçəryan seçicilərinə ağlasığmaz və revanşist vədlər verməkdə davam edir.
 
Moderator.az axar.az-a istinadən bildirir ki, Köçəryan Hadrutu yenidən "qaytaracağı"na (işğal edəcəyinə) böyük ölçüdə ümid etdiyini bildirib.
 
Dilicanda seçicilərlə görüşdə Köçəryan iddia edib ki, Şuşanın da "qayıdacağına" "qismən inanır".
 
Onun arqumenti isə belədir: keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin "sərhədi"nin bərpası ilə bu, mümkündür.
 
Köçəryan deyib ki, bu proses iki il vaxt ala bilər:
 
"Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz".
 
Köçəryan davamında Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. O bildirib ki, bu işə "Hayastan" fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər.
 
Qeyd edək ki, Köçəryan revanşist iddialarla seçkiyə girib və yenə də xalqı uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan Köçəryan yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır. Çünki bu işğalçı ünsür hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir.

Tarix: 14-06-2021, 09:06
Xəbəri paylaş



Xəbər lenti