Politoloq: "Ermənistan üçtərəfli öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir"






"Qondarma status məsələsi Ermənistanın və ermənipərəst dairələrin süni siyasi gündəm yaratmaq və diqqəti əsas strateji məsələlərdən yayındırmaq üçün manipulyasiya alətidir”.

Bu fikirləri "Şərq"ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. O qeyd edib ki, regionda yeni geostrateji reallıq yaranıb:

"Dağlıq Qarabağ" adlı xüsusi inzibati ərazi vahidi və əlahiddə idarəetmə subyekti yoxdur. Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edib. Regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb. Ona görə də nə status, nə də status-kvo mövcuddur və bundan sonra da ola bilməz. İndi Ermənistan pozuculuq fəaliyyətindən çəkinməklə Üçtərəfli Bəyanatda təsbit olunmuş öhdəlikləri tam və qeyd-şərtsiz, zamanında yerinə yetirməlidir". 

Politoloqun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə qələbə qazanmaqla təkcə işğal faktını aradan qaldırmayıb:

“Eyni zamanda, separatizmi yerindəcə məhv edib. Ölkəmiz öz milli gücü vasitəsilə bir dövlətin beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinə nail olmaq nümunəsi yaratmaqla mühüm strateji presedentin əsasını qoyub. Bütövlükdə isə, yeni mərhələ regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması üçün real zəmin yaradır".
Tarix: 13-06-2021, 22:24
Xəbəri paylaş



Xəbər lenti